Opsion klirinq şirkəti

Options clearing corporation Birjada fond opsionları üzrə klirinq hesablaşmaları ilə məşğul olan şirkət. Bu şirkət opsionların icrasına təmanət da verir. “Koll” opsionları alıcıları öz opsionlarının icrası zamanı şirkətdən onlara məxsus qiymətli kağızları alırlar və analoji olaraq, “Put” opsionlarının alıcıları, opsionlarının icrası zamanı onlara məxsus qiymətli kağızları şirkətə satırlar.
Opsion dividenti
Opsion mükafatı
OBASTAN VİKİ
Klirinq
Klirinq qiymətli kağızlar və törəmə maliyyə vasitələrinin qarşılıqlı hesablamalar sistemidir. Bir qayda olaraq ticarət meydançasında, birjanın hesablama palatası tərəfindən yaxud ixtisaslaşmiş klirinq təşkilatı tərəfindən yerinə yetirilir. Klirinq sistemi bağlanmış sazişlər üzrə netto-mövqeni hesablamaq imkanı verir. Fərz edək ki, broker günün birinci yarısında beş səhm alıb və dərhal ikisini satıb. Günün ikinci yarısında daha beşini alıb və üçünü satıb. Ticarət sessiyasının sonunda onun yekun mövqeyi beş səhmə bərabər olur. Klirinq nəticəsində razılaşmaların bir qismi bağlanır və brokerin yekun mövqeyi beş səhm alması ilə nəticələnir. O onların haqqını öz kontragenti olan ticarət palatasına ödəməlidir. Bununla belə, beş səhmi kimin isə alması üçün bu qiymətli kağızları ona kimin isə satması lazımdır. Və bu əks tərəf ticarət palatasına həmin beş səhmi verməlidir.
Opsion
Klirinq evi
Binar opsion
Binar opsion (təyin edilmiş gəlir opsionu) – təyin edilmiş vaxtda təyin edilmiş şərtlərin həyata keçirilməsindən asılı olaraq ya gəlirin təyin edilmiş həcmini təmin edir, ya da heç bir gəlir gətirmir. Opsion əvvəlcədən təyin edilmiş qiymət üzrə alındığından ümumi nəticə ya müsbət, ya da mənfi olacaq. Qaydalara əsasən, müsbət nəticənin həcmi mənfi nəticədə olduğundan aşağıdır. Binar opsionlar müqavilə bağlanmadan öncə ödəniş həcmini və mümkün riskləri dəqiq olaraq öyrənmək imkanı verir ki, bu da çoxlu sayda ticarət əməliyyatını asanlıqla idarə etmək imkanı qazandırır. Hesablamanın asan olması üçün adətən, həyata keçirilmiş opsion üçün 100, həyata keçirilməmiş opsion üçün isə 0 təyin edilir. Əgər dəyəri 10 olan opsion alınıbsa, onun həyata keçirilməsi zamanı opsionun dəyəri 100-ə bərabər qəbul edilir və treyder məhz bu məbləği əldə edir. Yox əgər opsion həyata keçməyibsə onun dəyəri 0-dır və treyder heç nə əldə etmir. Bəzi ticarət platformalarında opsionun həyata keçməməsi halında onun alınmasına sərf edilmiş vəsaitin 15%-nin geri qaytarılması mümkündür. Əgər opsion qiymətin enmə/qalxma mərhələsində olarsa, lakin etalon qiymətə bərabər həddə bağlanarsa treyderə ilkin məbləğin hamısı və ya bir hissəsi qaytarıla bilər (bu müqavilənin şərtlərindən asılıdır). Bazarın cari vəziyyətindən asılı olaraq binar opsionun alış/satış qiyməti arasında böyük fərq ola bilər.
Call-opsion
Opsion müqaviləsi
Opsion müqaviləsi — (ingilis dilindən tərcümədə option - seçim) onun tərəflərinə alternativ (seçim) təqdim edən alətdir. Bu seçim şərtsiz olaraq müqavilə tərəflərinin birinə məxsus olur və digər kontragentin iradəsindən asılı deyildir. Məhz bu seçim imkanı üçün tərəflərdən biri digərinə opsion mükafatı (option premium) ödəyir. Yəni ödəyən şəxs seçim hüququnu (opsionu) əldə edir. Opsion müqaviləsinə müxtəlif korporativ münasibətlərin tənzimlənməsində rast gəlmək olar. Opsion hüququnu müəyyən edən şərtlərə, əsasən, özəl investisiyalar (private equity), riskli kapital (venture capital) və investisiya yatırımları çərçivəsində bağlanan müqavilələrdə əks olunur. Almaniya hüququnda opsion müqaviləsi (optionsvertrag) geri çağırılmayan (geri götürülə bilməyən) oferta kimi qiymətləndirilir. Opsion müqaviləsinə bu yanaşma ABŞ hüququnda da var. Opsion müqaviləsi sahibkarların tam praktiki məqsədlərini güdür. Biznes sahibləri və investorlar opsion vasitəsilə öz kapitallarının və korporativ nəzarətin çevik idarəetmə imkanlarını əldə edirlər.
Put-opsion
Alış üçün opsion
Alış üçün opsion — müəyyən hallarda və müəyyən şəraitdə səhmdarların bəzi şirkətlərin səhmlərini aşağı qiymətə almaq hüququnun təmin edilməsi. Bu həmçinin, müəyyən şəxsin məhsulu ya müəyyən səviyyəli qiymətə, ya da müəyyən tarixə qədər almaq hüququdur. Satıcı həmin tarixə qədər bu malı heç bir başqa alıcıya satmamağı və onu satışdan çıxarmamağı öhdəyə götürür.
Ailə şirkəti
Ailə şirkətləri — səsvermə hüquqlu səhmlərin əskəriyyətinin hakim/nəzarət edən ailədə (o cümlədən, şirkəti öz xələflərinə ötürmək niyyəti olan təsisçi(lər)də) cəmləşdiyi şirkətdir. == Haqqında == Ailə şirkətləri dünyada ən erkən və çox yayılmış işgüzar fəaliyyət növüdür. Bir çox ölkədə ailə şirkətləri işgüzar fəaliyyətdə 70%-dən artıq çəkiyə malikdir, iqtisadi artımın və işçi qüvvənin məşğulluqla təmin edilməsində aparıcı mövqeyə malikdir. Misal üçün, İspaniyada ailə şirkətləri işgüzar fəaliyyətin təxminən 75%-i təşkil edir və ümumdaxili məhsulun orta hesabla 65%-i hasil edir. Oxşar mənzərə Latın Amerikasında da müşahidə edilir – bu regionun məcmu ümumdaxili məhsulunun təxminən 60%-i ailə şirkətləri hesabına yaranır. Ailə şirkətləri kiçik və orta şirkətlərdən müxtəlif sənaye və ölkədə fəaliyyət göstərən nəhəng şirkətlərə qədər fərqlənir. Ailə şirkətlərində olan bəzi tanınmış şirkətlər sırasına aşağıdakılar daxildir: Salvatore Ferragamo, Benetton, Fiat Group (İtaliya); L’Oreal, Carrefour Group, LVMH, Michelin (Fransa); Samsung, Hyundai Motor, LG Group (Cənubi Koreya); BMW, Siemens (Almaniya); Kikkoman, Ito-Yokado (Yaponiya); Ford Motors Co, Wal-Mart Stores (ABŞ). Ailə şirkətləri əsasında qurulmuş şirkətlərin əksəriyyəti təsisçinin rəhbərlik dövründən sonra çox qısa ömür sürür və bu şirkətlərin təxminən 95%-i sahibkarların üçüncü nəslindən sonra ailə şirkətləri kimi artıq mövcud olmur. Bir çox halda bu, xələflərin inkişaf edən şirkətlə bağlı tələblərin və daha da böyümüş ailənin tələbatının öhdəsindən gəlməyə hazır olmamalarının nəticəsi ilə bağlıdır. Düzgün idarəetmə strukturlarının nizama salınması və xələflərin ailə şirkətləri mövzusunda savadlanmasının mümkün qədər tez başlaması ailə şirkətlərinin davam etməsi imkanlarını artıra bilər.
Asiya şirkəti
Asiya şirkəti (dan. Asiatisk Kompagni) — XVIII əsrdə Hindistan və Çin ilə ticarət etmək üçün qurulan Danimarka ticarət şirkəti. == Tarixi == Asiya şirkəti 1732-ci ildə (digər mənbələrə görə — 1730-cu ildə) əsasən çürümüş Danimarka Şərqi Hindistan Şirkətinin keçmiş səhmdarları tərəfindən quruldu və krallıq imtiyazına görə, Hind Okeanı bölgəsində və Çində yerləşən ölkələrlə ticarətdə inhisar aldı. Təşkilati olaraq şirkət ən böyük səhmdarları Kopenhagen tacirləri olan bir səhmdar cəmiyyətdi. Şirkətin nizamnamə kapitalı 100 min riksdalerdən ibarət idi və hər biri 250 riksdalerin 400 səhminə bölündü. Şirkət 1732-dən 1807-ci ilə qədər inkişaf etmişdir. O dövrdə Kopenhagen Şərqi Hindistan və Çin ticarəti üçün böyük bir mərkəz idi və Danimarka Avropa hərbi münaqişələri zamanı bitərəf qaldıqda şirkət əhəmiyyətli mənfəət əldə etdi. 1734-1745-ci illər arasında Danimarkaya 9,1 milyon Riksdaler dəyərində mal idxal edildi. Bu illər ərzində Şərqi Hindistana 15, Çinə 17 gəmi göndərildi və 1746 - 1765 arasında onların sayı müvafiq olaraq 27 və 38 gəmiyə yüksəldi. 1772-ci ildə imtiyazın bitməsindən sonra Şərqi Hindistan ilə ticarət sərbəst hala gəldi, lakin şirkətə 20 il müddətinə bu bölgəyə gəmi göndərən şəxslərdən müəyyən miqdarda haqq alma hüququ verildi.
Holdinq şirkəti
Holdinq — iki və daha çox şirkət və ya müəssisənin, gəlir əldə etmək məqsədilə birləşməsidir. Bir başqa adla Şirkətlər Qrupu deməkdir. Holdinqlərə bağlı şirkət və müəssisələr bir mərkəzdən idarə olunur, müxtəlif sahələrdə fəaliyyət göstərir. Holdinqlər əksər halda bir qrup sahibkar və yaxud bir ailə tərəfindən idarə olunur.
Kodak şirkəti
Kodak — fototexnika və kinoməhsullar istehsal edən məşhur ABŞ şirkəti. Mənzil-qərargahı ABŞ-nin Nyu-York ştatının Roçester şəhərində yerləşir. == Mülkiyyət == Şirkət səhmləşdirilib və azad satışdadır. 2011-ci ilin yanvarına əsas səhm sahibləri aşağıdakılar idi: Legg Mason Capital Management (21,6 %). Vanguard Group (5,5 %). BlackRock Institutional Trust Company (5,1 %).
Pulman şirkəti
Pulman şirkəti (ing. Pullman Company) — 1867-ci ildə Corc Pulman tərəfindən yaradılmış şirkət. Şirkət dəmiryolu vaqonlarının istehsalı ilə məşğul olur. ABŞ-də iqtisadi inkişafın yaşandığı illərdə, ölkənin dəmiryol vaqonlarına olan ehtiyacını tək başına ödəyən şirkət, bu gündə fəaliyyətini davam etdirir. Pulman şirkətinin işçiləri yaxşı iş şəraitinin yaradılması və maaşların artırılması kimi tələbərlərlə, şirkət yarandığı gündən etibarən tətil keçirmişdilər. Şirkət daxilində fəaliyyət göstərən kuriyer sindikatının işçiləri XX əsrin əvvələrində əsasən qara dərili şəxslərdən təşkil olunmuşdu. Həmin sindikat ABŞ-də fəaliyyət göstərən ən böyük afroamerikalı sindikatı idi. Corc Pulman bir gün dəmiryolu ilə uzun səfərə çıxır. Səfər narahat şəkildə keçir. Özü və digər sərnişinlər, vaqonların şəraitsiz və narahat olmasında, gecəni yata bilmirlər.
Səsyazma şirkəti
Musiqi şirkəti və ya səsyazma şirkəti — musiqi əsərlərinin istehsalı, təbliği və distibusiyası üzrə ixtisaslaşmış şirkət. Səsyazma leyblları yeni musiqiçilərin üzə çıxarılmasında və populyar edilməsində mühüm əhəmiyyət kəsb edir. İstedadlı musiqiçilərin uğuru böyük ölçüdə leyblların dəstəyinə əsaslanır. Leyblların A&R nümayəndələri potensialı olan sənətçiləri kəşf edir və onlarla tərəfdaşlığın şərtlərini əks etdirən müqavilələr bağlayır. Leybllar musiqi karyerasına başlamaq istəyən sənətçilər üçün vacib tərəfdaşlar hesab olunur. Sənətçinin musiqisinin daha geniş auditoriyaya çatdırılması işi də məhz leyblların üzərinə düşür. Leybllar mahnıların radioda yayımlanması, albomların satışa çıxarılması, müəllif hüquqlarının qorunması, prodüserlərin tapılması, konsert turlarının təşkili və musiqi videolarının istehsalı kimi şeylərdən məsuldurlar. Leybllar səsyazmaların satışından və oxunmasından əldə edilən gəliri toplayır və müqavilələrinə uyğun olaraq qonorarları sənətçilərinə geri paylayır. Gəlir bölgüsü müqavilələri sənətçi ilə leybl arasındakı müqavilənin şərtlərindən asılı olaraq dəyişir.
Venesiya şirkəti
Venesiya şirkəti (ing. Venice Company) — 1583-cü ildə Aralıq dənizindəki Venesiya koloniyaları və ətrafındakı ticarəti inhisara almaq üçün qurulan bir İngilis ticarət şirkəti. 1592-ci ildə Kraliça I Yelizavetanın təsdiqi ilə Türk Şirkəti (1581) ilə Levantin Şirkətini qurdu. Venesiya şirkəti, 1583-cü ildə Tomas Kordell, Vilyam Harvey və Edvard Holmden tərəfindən 7 il müddətinə ticarət şirkəti olaraq qeydiyyata alındı. Vəziyyəti İngilis istehsalı olan malların, ümumiyyətlə yun parçaların şərq mallarına, xüsusən ədviyyatlara və ipək parçalara dəyişdirilməsi idi. 1592-ci ildə, Türk və Venesiya şirkətlərinin hər iki nizamnaməsinin bitməsindən sonra Kraliça I Yelizaveta, Osmanlı İmparatorluğu ilə ticarət və siyasi ittifaqları davam etdirməyə çalışdığı üçün hər iki şirkətin Levantin şirkətinə birləşdirilməsinə dair bir nizamnamə təsdiqlədi. Kordell və Paul Baining, Levantin şirkətinin quruluşundan sonra qatıldı. Andrews K. Elizabethan Privateering, 1583—1603. Cambridge University Press, 1964. Andrews K. Trade, Plunder and Settlement: Maritime Enterprise and the Genesis of the British Empire, 1480—1630.
Virciniya şirkəti
Virciniya şirkəti (ing. Virginia Company) — iki ingilis səhmdar cəmiyyətinin adı: London və Plimut şirkətləri. Hər iki şirkət 1606-cı ildə Şimali Amerikanı ticarət etmək və müstəmləkə etmək üçün Riçard Hakluytun köməyi ilə quruldu. London şirkəti Atlantik Okeanının sahilindəki 34 və 41 paralellər arasında əraziyə mülkiyyət qazandı. Plimut şirkətinin ərazisi 38 ilə 45 paralel arasında idi. Londonlular 1607-ci ildə Ceyms Çayı üzərində Ceymstaun koloniyasını qurdular; Plimutlar, üstəlik, Kennebek çayı üzərində Papa Koloniyasını qurdular. 1609-cu ildə Plimut şirkəti fəaliyyətini dayandırdı və bütün torpaqlar London şirkətinin mülkiyyətinə keçdi. Maliyyə baxımından şirkət uğurlu olmadı və hətta yeni kapital toplamaq üçün bir lotereyaya müraciət etdi. Şirkət 1624-cü ildə Virciniyaya sahib olmaq və idarə etmək üçün patentini itirdi və Virciniya İngilis müstəmləkəsi oldu. Bu hadisə, əsasən 1622-ci ildə Ceymstaunda Hindistan qırğınının nəticəsi idi.
Sığorta şirkəti
Sığorta şirkəti — sığorta fondunun tarixən müəyyən edilmiş sosial fəaliyyət forması, sığorta müqavilələrinin bağlanmasını və onların saxlanmasını həyata keçirən ayrıca strukturdur. Sığorta şirkətlərinin fəaliyyət sahəsi kommersiya sığortasıdır, sığortanı həyata keçirmək üçün sığorta şirkətinə dövlət sığorta nəzarəti orqanından lisenziya lazımdır. Sığorta İnformasiya İnstitutunun məlumatına görə, aşağıdakı sığorta şirkətləri 2013-cü ildə mükafatların toplanması baxımından dünyanın ən böyük şirkətləri olub: Sığorta şirkətləri adətən qarşılıqlı və ya özəl şirkətlər kimi təsnif edilir. Qarşılıqlı şirkətlər sığortalılara, səhmdarlar isə (polislərə sahib ola və ya olmaya bilər) özəl sığorta şirkətlərinə məxsusdur. Qarşılıqlı sığortaçıların səhmdar cəmiyyətləri yaratmaq üçün demutuallaşdırılması, eləcə də qarşılıqlı holdinq şirkəti kimi tanınan hibridin formalaşması XX əsrin sonlarında ABŞ kimi bəzi ölkələrdə adi hala çevrilib. Bununla belə, bütün dövlətlər qarşılıqlı holdinq şirkətlərinə icazə vermir. Təkrarsığorta şirkətləri digər sığorta şirkətlərinə sığorta polisləri təqdim edən sığorta şirkətləridir ki, bu da onlara öz risklərini azaltmağa və əhəmiyyətli itkilərdən qorunmağa imkan verir. Təkrarsığorta bazarında böyük ehtiyatlara malik bir neçə iri şirkət üstünlük təşkil edir. Təkrarsığortaçı həmçinin sığorta risklərinin birbaşa təkrarsığortaçısı ola bilər. Keptiv sığorta şirkətləri, əsas qrup və ya qrupların yaratdığı riskləri maliyyələşdirmək üçün xüsusi məqsədlə yaradılmış məhdud təyinatlı sığorta şirkətləri kimi müəyyən edilə bilər.
Musiqi şirkəti
Musiqi şirkəti və ya səsyazma şirkəti — musiqi əsərlərinin istehsalı, təbliği və distibusiyası üzrə ixtisaslaşmış şirkət. Səsyazma leyblları yeni musiqiçilərin üzə çıxarılmasında və populyar edilməsində mühüm əhəmiyyət kəsb edir. İstedadlı musiqiçilərin uğuru böyük ölçüdə leyblların dəstəyinə əsaslanır. Leyblların A&R nümayəndələri potensialı olan sənətçiləri kəşf edir və onlarla tərəfdaşlığın şərtlərini əks etdirən müqavilələr bağlayır. Leybllar musiqi karyerasına başlamaq istəyən sənətçilər üçün vacib tərəfdaşlar hesab olunur. Sənətçinin musiqisinin daha geniş auditoriyaya çatdırılması işi də məhz leyblların üzərinə düşür. Leybllar mahnıların radioda yayımlanması, albomların satışa çıxarılması, müəllif hüquqlarının qorunması, prodüserlərin tapılması, konsert turlarının təşkili və musiqi videolarının istehsalı kimi şeylərdən məsuldurlar. Leybllar səsyazmaların satışından və oxunmasından əldə edilən gəliri toplayır və müqavilələrinə uyğun olaraq qonorarları sənətçilərinə geri paylayır. Gəlir bölgüsü müqavilələri sənətçi ilə leybl arasındakı müqavilənin şərtlərindən asılı olaraq dəyişir.
Bədheybətlər şirkəti
Bədheybətlər şirkəti (ing. Monsters, Inc.) — 2001-ci il ABŞ istehsalı animasiya filmi. "Pixar'" studiyası tərəfindən hazırlanıb. Rejissoru Piter Dokterdir. Ssenari müəllifi Endrü Stenton və Den Qersondur. Film "Bədheybətlər şirkəti"də çalışan iki yoldaş, Ceyms P. "Salli" Sallivan və onun ən yaxşı dostu Mayk Vazovskinin hekayəsindən bəhs edir. == Məzmun == Salli və Maykın peşəsi insanların yaşadığı dünyaya keçid açaraq uşaqları qorxutmaqdır, şirkət bu sayədə onların qışqırığından enerji əldə edir. Bədheybətlər bu işi təhlükəli hesab edirlər, uşaqların ölümcül olduğuna inandıqları üçün onlara toxunmurlar. Bir gün səhvən insan dünyasına aparan qapı açıq qalır və Monstropolisə balaca qız uşağı daxil olur. Bunu öyrənib təlaşlanan Salli və Mayk uşağı heç kimin xəbəri olmadan öz dünyasına qaytarmalıdırlar.
Zombi şirkəti
Zombi şirkəti (ing. zombie company) — fəaliyyətini davam etdirmək üçün daimi maliyyə sərmayəsi tələb edən şirkəti təsvir etmək üçün media tərəfindən istifadə edilən termin. Beynəlxalq Hesablaşmalar Bankı (BIS) tərəfindən müəyyən edildiyi kimi, zombi ən azı 10 yaşı olan və borcları üzrə faiz ödənişləri faiz və vergilərdən əvvəlki qazancından çox olan açıq şirkətdir. Geniş anlayış: Əgər onun faiz ödəmə əmsalı ardıcıl olaraq ən azı üç il ərzində birdən azdırsa və şirkətin faiz ödəmə əmsalı ən azı 10 ildirsə, şirkət "zombi" kimi müəyyən edilə bilər. Dar anlayış: Birja qiymətləndirməsinə əsaslanaraq, zombi şirkətlərinin qeyri-zombi şirkətlərlə müqayisədə gələcək artım potensialının daha aşağı olması tələbi əlavə olunur. Beləliklə, zombilər aktivlərinin bazar dəyərinin onların dəyişdirmə dəyərinə nisbəti — Tobin Q (q) — istənilən ildə öz sektorunda mediandan aşağı olmalıdır. Geniş tərifə görə, zombilər üçün median q zombi olmayanlara nisbətən daha yüksəkdir, ona görə də investorlar bir çox zombi şirkətlərinin gələcəyinə nikbin baxırlar. Dar tərif bu anomaliyanı aradan qaldırmağı hədəfləyir — bir zombi şirkəti birdən bir qədər aşağı olan daha aşağı median q-ya malikdir. Hayman Minskinin maliyyə qeyri-sabitliyi ilə bağlı fərziyyəsində zombi şirkəti borcalanların üçüncü sinfinə uyğundur: birincisi, borclunun həm faizləri, həm də borcun əsas hissəsini ödəyə bildiyi hedcinq maliyyələşdirmə, ikincisi, spekulyativ maliyyələşdirmədir. borcalanların pul vəsaitlərinin hərəkəti faizləri ödəmək üçün kifayətdir, lakin borcun əsas hissəsi deyil, üçüncüsü Ponzi maliyyələşdirilməsidir (məşhur italyan "piramida qurucusu" adından) — pul axını faizləri ödəmək üçün kifayət deyil.
Gürcü Nəşriyyat Şirkəti
Gürcü Nəşriyyat Şirkəti — XX əsrin əvvəllərində Tiflisdə fəaliyyət göstərmiş ən iri nəşriyyatlardan biri. == Molla Nəsrəddin jurnalı == 1909 ilin iyulunadək Cəlil Məmmədquluzadənin özünəməxsus "Qeyrət" mətbəəsində çap olunan "Molla Nəsrəddin" jurnalı həmin tarixdən 1917 ilin fevralınadək Gürcü nəşriyyat şirkətinin mətbəəsində çap olunmuşdur. 1913 ilin yanvarından isə jurnalın mətni "Şərq" mətbəəsində yığılır, Gürcü nəşriyyat şirkətinin mətbəəsində isə çap edilirdi. Jurnalın şəkil və karikaturaları Bıxovun litoqrafiyasında hazırlanırdı. 1913 ildə "Molla Nəsrəddin" jurnalının 16-cı sayında İran inqilabçılarına divan tutulması səhnəsini əks etdirən şəkil dərc olunur. Həmin nömrədə jurnalın naşir və məsul redaktorunun imzalarının verilmədiyinə və həmin nömrədəki karikaturalar baxılmaq üçün əvvəlcədən Mətbuat işləri üzrə Tiflis Komitəsinə təqdim edilmədiyinə görə, komitənin qərarı ilə jurnalın bu nömrəsi həbs olunur, Gürcü nəşriyyat şirkəti, mətbəəsinin müdiri A.Cabadari məhkəmə məsuliyyətinə cəlb edilir. Elə həmin ilin sentyabrında Tiflis şəhər 2-ci dairə sülh məhkəməsi A.Cabadarini 50 manat məbləğində cərimə etmək, ödəyə bilməyəcəyi halda isə 10 günlük həbs etmək haqqında hökm çıxarır. == Həmçinin bax == Cəlil Məmmədquluzadə "Qeyrət" nəşriyyatı Şərq (qəzet) Kommunist qəzeti == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.114.
Hudzon körfəzi şirkəti
Hudzon körfəzi şirkəti (ing. Hudson's Bay Company, HBC; Hudzonbay şirkəti kimi 1870-ci illərədək tərcümə edilmişdir) — Şimali Amerikadakı və dünyanın ən köhnə ticarət şirkətlərindən biri. Şirkət rəhbəri vəzifəsinə hələ də Qubernator deyilir. Şirkətin mərkəzi ofisi Kanadanın Toronto şəhərində, köhnə şəhərətrafı, indiki Skarboro bölgəsində yerləşir. == Tarixi == === Yaranması === XVII əsrin ortalarına qədər Kanadada kürk ticarəti demək olar ki, tamamilə Kvebekdəki (Yeni Fransa) Fransız müstəmləkə rəhbərliyinin əlində idi. Fransız Huguenot tələsi Pyer-Espri Radisson, Kri hindilərindən öyrəndi ki, ən yaxşı kürk ölkəsi Hudzon Körfəzi mənasını verən "donmuş dəniz" ə gedən yolda, Yuxarı gölünün şimalında və qərbində yerləşir. 1659-cu ildə Radisson və qayınatası Medard de Qrozey, öz xəsarəti və riski ilə oraya getdilər, çoxlu kürk əldə etdilər və Huron hinduları ilə ticarət əlaqələri qurdular. 1661-ci ildə iki Fransız tərəfindən edilən dəfələrlə uğurlu səyahətə baxmayaraq, təşəbbüsləri hazırkı qubernator Marquis d'Argenson'dan təsdiq almayıb, tutucuların qənimətini tutdu və bundan sonra Bostondan gələn İngilis tacirlərinə müraciət etdilər.
Mayer Mint şirkəti
1871-ci ildə Almaniyada Bernard Henrix Mayer tərəfindən əsası qoyulan "Mayer Mint" şirkətinin kolleksiyaları arasında Mahatma Qandi, Tereza Ana, ABŞ-nın keçmiş prezidenti Con Kennedi, Şahzadə Diana, Martin Lüter kimi tanınmış şəxsiyyətlərin qızıldan və digər qiymətli metallardan hazırlanmış medalyonları da vardır. Bu cür medalyonlar müvafiq dövlət orqanlarının xüsusi icazəsi ilə buraxılır. Şirkətin hazırladığı xatirə medalyonları dünyanın 160-dan artıq ölkəsinə yayılıb. Heydər Əliyevin xatirəsinə istehsal edilən medalyonlar da həmin medalyonlar sırasına daxil olub və dünyanın 200-dən çox ölkəsində kolleksiya həvəskarlarına təqdim edilməsi nəzərdə tutulmuşdur. 2009-cu il sentyabrın 25-də Bakıdakı Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyevin xatirəsinə həsr edilmiş medalyonların təqdimat mərasimi olub. Şirkət dünyada, xüsusilə də keçmiş Sovet İttifaqının və Qafqaz regionunun siyasi həyatında böyük rol oynamış Heydər Əliyevin adının əbədiləşdirilməsi üçün xatirə medalyonlarını istehsalı etməyi qərarlaşdırdıqdan sonra Heydər Əliyev Fondundan rəsmi icazə alıb.
Ost-Hind şirkəti
Ost-Hind şirkəti (ing. British East India Company) — 1600-1874-cü illərdə fəaliyyət göstərmiş ingilis şirkəti. Orginal adı "British East India Company" olan Ost-Hind şirkəti 31 Dekabr 1600-cü ildə Portuqaliya və İspaniyanın monopoliyasında olan Uzaq Şərqdə və Hindistanda ədviyyat ticarətindən pay almaq üçün ingilis tacirləri tərəfindən krallıq patenti ilə yaradılmış, zaman keçdikcə dünyanın ən böyük ticarət təşkilatlarından birinə və İngilis müstəmləkəçiliyinin Asiyadakı nümayəndəsinə çevrilmişdir. 1591-ci ildə Sir Ceyms Lançestr Ümid burnunu iki dəfə dolanaraq Hind okeanını keçmiş o və onun dəstəsindən sağ qalan 1 nəfər böyük ekspedisiyadan sonra evlərinə qayıda bilmişdi. Onların bu səyləri “Ost-Hind” şirkətinin yaradılması nöqtəsində ingilis tacirlərinə güclü təsir göstərmişdi. Portuqallar ilə bir yerdə Hindistana və Ümid burnu vasitəsilə Qoaya qədər səyahət edən ingilislərin təsüratları digər ingilis tacirlərini də həvəsləndirmişdi. 6 il Qoada yaşayan holland səyyah Yan Huygen van Linçotenin 1595-1596-cı illərdə qələmə aldığı əsəri Hindistan ticarəti və bölgədəki siyasi və ticari vəziyyət haqqında maraqlı məlumatları özündə ehtiva edirdi. 1595-ci ildə hollandların Ümid burnunu keçərək Hindistana getmələri ingilisləri daha da təşviq etdi və nəticədə 1599-cu ildə “Avantürist tüccarlar” cəmiyyətinin himayəsi altında bir şirkət yaradıldı. Qurum kraliçaya müraciət edərək ondan “3 gəmi” və səyahət edə bilmək üçün bir miqdar qızıl tələb etdi. Kraliça İspaniya və Portuqaliya ilə münasibətləri pozmaqdan narahatlıq duysa da tezliklə onların xahişini qəbul edərək, Con Mildenhol adlı taciri elçi kimi Moğol İmperiyasına göndərdi.
Rus-Amerika şirkəti
Rus-Amerika şirkəti (rus orf. rus. Россійско-Американская компанія), RAŞ — Qriqori Şelixov və Nikolay Rezanov tərəfindən qurulan və İmperator I Pavelin 8 (19) 1799 tarixli fərmanı ilə təsdiqlənmiş yarı dövlət müstəmləkə ticarət şirkəti. 1867-ci ildə Alyaskanın ABŞ-yə satılmasından sonra fəaliyyətini rəsmən dayandırdı, lakin 1881-ci ilə qədər mövcud oldu və 1888-ci ilə qədər dividend verdi. Müəssisənin tam rəsmi adı İmperator Əlahəzrətinin, Rusiya Amerika Şirkətinin himayəsindədir (Подъ Высочайшимъ Его Императорскаго Величества покровительствомъ Россійская Американская компанія). Amerikalılar və tarixçilər doğru qısaltmanın Rus-Amerikan Şirkəti olduğunu israr edirlər. Bu, arxiv məlumatları ilə təsdiqlənir və ən əsası, tamamilə rus olan şirkətin mahiyyətini əks etdirir - heç vaxt Amerika kapitalı olmayıb və məqsəd və vəzifələr yalnız Rusiya maraqlarına cavab verirdi. ДО. Американская компания // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..

Значение слова в других словарях